Korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbir

04.06.2024-cü il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbin direktoru Xəyyam Fərəcov pedaqoji kollektivin iştirakı ilə Korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbir təşkil etmişdir.
X.Fərəcov bununla əlaqədar məktəbdə belə hallar baş verərsə, hüquqpozmalarının aşkar edilməsi, qarşısının alınması və nəticələrin aradan qaldırılması istiqamətində inzibati heyətə və müəllimlərə geniş məlumat vermişdir.
Direktor korrupsiya anlayışını təhsilverənlərə geniş izah edərək bildirmişdir ki, korrupsiya vəzifəli şəxslərin öz statusundan, vəzifə səlahiyyətlərindən və bunlardan irəli gələn imkanlardan istifadə etməklə, qanunsuz olaraq maddi və s. nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə maddi və s. nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin şəxslərin ələ alınmasıdır.