Yaşıl Dünya Naminə Həmrəylik
"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar coğrafiya fənni üzrə 8-ci sinif şagirdləri və "Gənc təbiətşünaslar" dərnəyinin üzvləri ilə məktəbin coğrafiya müəllimi Sona Bağırova 15.05.2024-cü il tarixdə xüsusi məşğələ keçirmişdir. Məşğələdə uşaqlara bu barədə geniş məlumat verilmişdir. Daha sonra mövzu şagirdlər tərəfindən geniş müzakirə olunmuş, müəllimin sualları şagirdlər tərəfindən dolğun və ətraflı cavablar ilə yadda qalmışdır. Növbəti aya şagirdlərə təqdimatlar hazırlamaq tapşırıq kimi verilmişdir.