Növbəti ekskrusiya - 3A

Bakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbin 3A sinif şagirdləri sinif rəhbəri Abbasova Gülərin rəhbərliyi ilə növbəti ekskrusiyada olmuşlar. Bu dəfə şagirdlər tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilən Atəşgah məbədi Dövlət Tarixi Memarlıq Qoruğunda olmuşlar. Məbəd şagirdlərin böyük marağına səbəb olmuşdur. Bələdçinin verdiyi məlumatlar xüsusi maraqla dinlənilmişdir.