İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq şöbəsinin əməkdaşı Fuad müəllim Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə 248 nömrəli tam orta məktəbdə müəllim, sinif rəhbərləri və VMA-nın (Valideyn-Məktəb Assosasiyasının) iştirakı ilə maarifləndirmə təlimi keçirmişdir. Təlim zamanı Agentliyin əməkdaşı, iştirakçıları Agentliyin işi ilə bağlı geniş və əhatəli şəkildə izahat işləri aparmış, müəllim və valideynlərin suallarına dolğun və ətraflı cavablar vermişdir.