Bəhram Bağırzadə "Şuşa haqqında"

Bakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbin kitabxana müdiri Həziyeva Zülfiyyə, 3A sinif rəhbəri Abbasova Gülər və həmin sinfin şagirdlərinin iştirakı ilə kitabxanada Bəhram Bağırzadənin uşaqlar üçün yazdığı " Şuşa haqqında" kitabının müzakirəsi təşkil olundu. Müzakirədə şagirdlərin fəal şəkildə fikirlərini ifadə etdiyini də sezmək mümkündür. Məktəbin psixoloqu Yəhyayeva Əfsanə bu fəallığı müsbət qiymətləndirmişdir. 

Şuşanın yaranmasının tarixi, Şuşa qalası, Cıdır düzü, Şuşanın məşhur bulaqları, qədim abidələri, gözəl təbiəti və s. haqqında ətraflı məlumat verdilər. Həmçinin, Xan qızı Xurşidbanu Natəvan  tərəfindən Şuşaya çəkilən su kəməri,karvansaralar barəsində danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi