Yaşıl Dünya naminə Həmrəylik

17.04.2024-cü il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbin 7A sinif rəhbəri Canmirzəyeva Sevincin təşkilatçılığı ilə "Yaşıl Dünya naminə Həmrəylik" ili çərçivəsində "Təbiəti qoruyaq" adlı sinif tədbiri keçirildi. Tədbirdə biologiya müəllimi  Vəliyeva Nigar da iştirak etdi. Əvvəlcə şagirdlərdən Rzayev Kərim və Qafarlı Nihat hazırladıqları slaydı təqdim etdilər. Kərimli Məlahət, Quluzadə Türkay və Həsənova Zeynəbin əl işləri, rəsmləri nümayiş etdirildi. Mövzu ilə bağlı mühazirələr dinlənildi və sonda şagirdlər məktəbin təcrübə sahəsində gül və kolların, çiçək açmış meyvə ağaclarının dibini belləyib, alaq otlarını təmizləyib sahəni suladılar. Şagirdlərə "Təbiəti qoruyaq" mövzusunu daim diqqətdə saxlamaq tövsiyə olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi