Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi

8 aprel 2024-cü il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbdə Azərbaycan Qan Donorluğunun İnkişaf Mərkəzinin təşkilatçılığı ilə tədbir baş tutmuşdur. Tədbirdə Milli Olimpia Komitəsinin vitse-prezidenti, Milli "Ədalətli Oyunlar" Komissiyasının sədri, Azərbaycan Dövlət Gömrük Komitəsinin "İdman Sağlamlıq Mərkəzi"nin baş direktoru, dünya çempionu cənab Xəzər İsayev, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin icraçı direktoru  Kamil Hüseynov, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq proqramları üzrə mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova, Azərbaycan Şəhid Ailələrinə yardım və hüquqlarının Müdafiəsi Mərkəzinin təftiş komissiyasının sədri, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin Departament rəhbəri Niyaməddin İbrahimov qonaq qismində iştirak etmişlər. Məktəbin direktoru Xəyyam Fərəcov, müəllimlər Sevinc Canmirzəyeva və Lətafət Səfərova nitqlər söyləmişlər. Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevanın "Talassemiyasız həyat naminə" layihəsinə əsasən, "Sağlam olaq, donor olaq" devizi altında çıxışlar olunmuşdur. Məktəbimizin müəllimi Fəridə Hüseynova daim təbliğat-təşfiqat xarakterli qanvermə aksiyalarında göstərdiyi şücaətli davranışına görə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul tərəfindən mərkəzin FƏXRİ ÜZVÜ seçilmiş və idarə heyətinin SƏDR MÜŞAVİRİ təyin olunmuşdur. Tədbir boyunca məktəbin 5A sinif şagirdi Məryəm Əliyeva, 7B sinif şagirdi Kərim Rzayev, 8A sinif şagirdi Nərgiz Abbasova şeirlər söyləmişlər.Az

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi