Təhsil Tələbə Krediti
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı verilmişdir.
Bakı şəhəri Binəqədi rayonu N.Nərimanov adına 248 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri üçün təlimat xarakterli seminar təşkil olunmuşdur. Fondun fəaliyyəti və istiqamət sahələri haqqında onlara geniş məlumat verilmişdir.