Ana Dili Günü
20 fevral 2024-cü il tarixində Bakı şəhəri Binəqədi rayonu Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbin kitabxana müdiri Həziyeva Zülfiyyə və 7A sinif şagirdləri MKS - nin 1 nömrəli kitabxana-filialında "Beynəlxalq Ana Dili" günü münasibətilə tədbir keçirmişlər. Tədbirdə MKS-nin müdiri Əliyeva Esmira, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, "Qobustan" jurnalının əməkdaşı Narıngün Nadiri iştirak etmişlər. Çıxış edənlər şagirdlərə ana dilinin saflığından, zənginliyindən bəhs etdi.