Pedaqoji Şura
09.02.2024-cü il tarixində Bakı şəhəri N.Nərimanov adına 248 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirilmişdir.
Pedaqoji Şurada müəllim heyətinin II yarımil ərzində qarşısında duran əsas vəzifələri barədə məlumat verildi. Son zamanlar digər təhsil müəssisələrində təhlükəsizliklə bağlı təlimatların pozulması ilə bağlı söhbət aparıldı. Həmçinin, sosial şəbəkələrin şagirdlərə aşıladığı zərərli vərdişləri, mənfi təsirləri və bununla əlaqədar müəllim və valideynlərin qabaqlayıcı, preventiv tərbiyəyönümlü addımları sinif rəhbərlərinin və fənn müəllimlərinin diqqətinə çatdırıldı. Valideyn məsuliyyətinin artırılması, psixoloji xidmətin təşkili, məktəb psixoloqlarının şagirdlərlə apardığı işin gücləndirilməsi, şagirdlərin elektron vasitələri məktəbə gətirməmələri ilə bağlı nəzarətin artırılması məsələləri öz əksini tapmışdır.