Maliyyə savadlılığı

    ADA Universiteti biznes fakültəsi tələbələri Binəqədi rayon 248 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinə “Maliyyə Savadlılığı” mövzusunda təlim keçdilər. Təlimdə pulun idarəsi, saxlanması, yatırılması mövzusunda şagirdlər ilkin zəruri biliklərlə maarrifləndirilmişdir.

    Əvvəlcə usaqlardan ümumi suallar soruşuldu: Azərbaycanda əvvəllər hansı pul sistemindən istifadə olunub, faizlə hesablamağı bilirlərmi və s. Uşaqlar kifayət qədər məlumatlı idilər. Təlimçilər iqtisadiyyatın tarixi və banklarda faizi necə hesablamaq barədə məlumat verdi ki, uşaqlar daha dərin biliklər qazansınlar. Uşaqların maliyyə anlayışlarını öyrənmək həvəsini görmək həqiqətən də ruhlandırıcıdır. İkinci dərsdə onlarla öyrəndiklərini göstərəcəyi bir oyun oynadılar. Oyunda uşaqlara Biznes açmaq və investisiya etmək üçün sərmayə qoymaqla bağlı müxtəlif variantlar verdilər, ən çox qazanan və ən sərfəli seçim edən qrup qalib gəldi. Uşaqlar öyrəndiklərini oyunda tətbiq etdilər və təlim uğurla başa çatdı. Əsas məqamlarda ehtiyac və istəklər arasında fərq qoyulması, məsuliyyətli maliyyə qərarlarının qəbulu üçün praktiki məsləhətlər verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi