Zərərli vərdişlər və yox demək bacarığı

Bakı şəhəri 248 nömrəli tam orta məktəbin biologiya müəllimi Ph.Dosent Gülarə Hüseynova VIII və IX sinif şagirdlərinə "Zərərli vərdişlər və yox demək bacarığı" mövzusunda məşğələ keçmişdir. Müəllim uşaqlara zərərli vərdişlərdən asılılığın yaranması haqqında danışdı,onlara narkotiklərin növlərini, tütünçəkmənin və spirtli içkilərin istifadəsindən yaranan fəsadlar barədə məlumat verdi, yeniyetmələrə israrcı tərəfə nece yox deməyin növlərini aşıladı.