Zəfər Günümüz

    07.11.2023-cü il tarixində Bakı şəhəri Binəqədi rayonu Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Sevinc Canmirzəyevanın təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində "Ulu bir sərkərdə, ulu bir öndər" adlı bədii-musiqili tədbir keçirildi. Tədbir Vətən uğrunda qəhrəmancasına canını fəda edən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılması və  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. 
    Tədbirdə VII və VIII sinif şagirdlərinin ifasında ulu öndər Heydər Əliyevin dahiliyini, ölməzliyini, müdrikliyini, uzaqgörənliyini əks etdirən kompozisiyalar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandanı İlham Əliyevin böyük siyasəti nəticəsində şanlı bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanmasını göstərən video materiallar nümayiş etdirildi. 
    7b sinif şagirdi İsazadə Əlinin ifasında "Sən elə bir zirvəsən" və "Bayraq", 9a sinif şagirdi Məmmədli Ləmanın ifasında oxuduğu "Azərbaycan" mahnılarının canlı ifası böyük maraqla dinlənildi. Məktəbin müəllim heyəti və şagirdləri birlikdə "Azərbaycan" şeirini və həmin şeir əsasında bəstələnmiş "Azərbaycan" mahnısını səsləndirdilər. 
    Məktəbimizin direktoru Xəyyam Fərəcov və məzunumuz qazi Ramil Məmmədli çıxış edərək öz fikirlərini bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi