Zəfər Günü

    6 noyabr 2023-cü il tarixində məktəbimizdə  “Zəfər Günü” tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.Torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbirdə məktəbimizin direktoru Xəyyam Fərəcov, 44 günlük Vətən Müharibəsi şəhidi Əliağa Məmmədovun anası Samirə xanım, qazi Vüqar Məmmədov da çıxış edərək fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Sinif rəhbəri İlahə Həbiyevanın şagirdləri ilə birlikdə hazırladığı tədbirdə vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, mahnılar ifa olundu, rəqslər, səhnəciklər nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi