Anım Günü
Binəqədi rayonu 248 nömrəli tam orta məktəbin 2d sinif şagirdləri bu gün 27 sentyabr Anım Günü ilə əlaqədar tədbirdə iştirak etdilər.Tədbirdə şagirdlər bu günün tarixi haqqında Günay müəllimədən məlumat aldılar, dövlət himnini oxuyub şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla andılar. Vətənpərvər şagirdlər vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər .