Qala dövlət qoruğuna ekskrusiya
248 saylı məktəbin 3a sinif şagirdləri Gültəkin Adıgözəlovanın rəhbərliyi altında Qala Dövlət Tarix-Etnoqrafya Qoruğuna ekskursiya təşkil etdilər. Muzey kompleksində Azərbaycanın tarixi keçmişinin qorunub saxlanılmasını əks etdirən, açıq səma altında yaradılmış bu kompleksdə eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr canlı olaraq qorunub saxlanılmışdır. Şagirdlərin diqqətini cəlb edən amillərdən biri də məişət tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim edildiyi sərgi oldu. Ekskursiyanın sonunda şagirdlər qülləsinin hündürlüyü 13,8 m olan Qala qəsrinə qalxaraq maraqlı şəkillər çəkdirdilər və xoş təəsüratlarla geri döndülər.