Yazıçı Anarın 85 illiyi

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli kitabxana-filialında xalq yazıçısı, şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illiyi ilə əlaqədar tədbir keçirildi. 

    Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri: yazıçı, "Qobustan" jurnalının əməkdaşı Narıngül Nadir, şair Şəfəq Sahibli və 248 nömrəli tam orta məktəbin şagirdləri iştirak etdilər. 1 nömrəli kitabxana-filialın müdiri E.Əliyeva qonaqları təqdim etdi. Yazıçılar Anarın həyatı və yaradıcılığı haqqında maraqlı məlumat verdilər və imzası olan kitabları kitabxanaya hədiyyə etdilər. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi