"İdman həftəsi" - Qol güləşi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 02/TQÇ-7-99 nömrəli məktuba əsasən Elm və Təhsil Nazıirliyi tərəfindən təhsilalanların sağlamlıqlarının möhkmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparılır.
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral - 3 mart 2023 cü il tarixində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
Binəqədi rayonu N. Nərimanov adına 248 saylı tam orta məktəbdə "İdman həftəsi" çərçivəsində qol güləşi şən startı keçirildi.