"İdman həftəsi" çərçivəsində ustad dərs keçirildi
Bakı şəhəri Gənclər və İdman idarəsinin, Binəqədi Gənclər Evinin dəstəyi ilə 27 fevral-5 mart tarixlərində "İdman həftəsi" çərçivəsində 248 nömrəli tam orta məktəbdə basketbol idman növü üzrə ustad dərs (master klas) keçirildi. Məqsəd uşaqlarda və yeniyetmələrdə idmana həvəs və maraq yaratmaq, gənc nəslin təlim-tərbiyəsi yönümündə sağlam həyat tərzini uşaqlara aşılamaq, fiziki, mənəvi cəhətdən sağlam nəsil yetişdirməkdir.