Bahar çələngi

Bakı şəhəri N. Nərimanov adına 248 №-li tam orta məktəbin rus bölməsinin 3ç sinif şagirdlərinin və sinif rəhbəri Lumu Bayramovanın təşkilatçılığı ilə martın 18-də "Bahar çələngi" adlı Novruz bayramı keçirildi. Bayramda novruza, bahara aid şeirlər, mahnılar, tapmacalar deyildi. Uşaqların sevimlisi Kosa və Keçəl şənliyimizi daha da rəngarəng etdi.
Tədbirdən hamı məmnun qaldı.