İrəvan Müəllimlər Seminariyası -140

10.03.2022 ci il tarixində məktəbin 6a sinif şagirdlərinin iştirakı və sinif rəhbəri S.Canmirzəyevanın təşkilatçılığı ilə "İrəvan Müəllimlər Seminariyası -140" adlı dəyirmi masa keçirilmişdir.Tədbirdə seminariya haqqında şagirdlərin təqdimatları dinlənilmiş seminariyada təhsil alan bir çox Azərbaycanlı ziyalılar haqqında ətraflı məlumat verilmişdir.Dəyirmi masada eləcə də Uluxanlı məktəbi Qori seminariyası Bakıda açılmış dahi Azərbaycanın neft sanatı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmış Qızlar seminariyası haqqındada geniş məlumat verilmişdir.Dəyirmi masada həmçinin məktəbimizin məzunu olmuş,hal hazırda Binəqədi gənclər evində çalışan Tünzalə Cəbrayılovada dəvət edilmişdir.