Zəfər yolu

5 noyabr 2021-ci il tarixində məktəbin akt zalında ibtidai sinif müəllimi Bağırlı Ülkərin rəhbərliyi altında 4 B sinfinin "Zəfər yolu" adlı tədbiri uğurla təqdim olundu. Tədbirdə şagirdlər tərəfindən şeirlər səsləndirildi, mahnılar, rəqs və səhnəciklər nümayiş olundu. Dəvət olunmuş qonaqlar içərisində şəhid Samir Paşayevin ailəsi də var idi. "Vətən", "Şəhidlər", "Azərbaycan və Türkiyə qardaşlığı"na həsr edilən hissələrin sonunda "Zəfər" mahnısı ilə tədbir yekunlaşdı. Sonda məktəbin direktoru Xəyyam Fərəcov danışdı. O, nitqinə başlamazdan öncə 1 dəqiqəlik sükutla şəhidləri yad etməyə səslədi. Daha sonra günün önəm və anlamı haqqındakı fikirlərini bölüşdü, şagirdləri uğurlu çıxışları münasibətilə təbrik etdi. Sonda şəhid Samir Paşayevin anası Gültəkin ana övladı ilə bağlı xatirələrindən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi