“10 yaşı olana pulsuz tibbi müayinə” adlı sosial kampaniya keçirilir
1 iyun tarixindən etibarən PAŞA Sığorta şirkətinin yaradılmasının 10 illik yubileyi ilə əlaqədar 2006-cı ilin iyun ayında doğulan uşaqlar üçün təmənnasız tibbi müayinə kampaniyası keçiriləcəkdir.Uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. Onların düzgün tərbiyə olunmasında və sağlam şəkildə böyümələrində cəmiyyətin rolu əvəzsizdir. Kampaniyanın ideyası sosial məsuliyyətdən irəli gələrək "sağlam uşaq, sağlam gələcək" prinsipinə əsaslanıb uşaqların sağlam gələcəyinə töhfə verməkdir.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xüsusi dəstəyi ilə həyata keçiriləcək kampaniya iyun ayının 1-dən 30-na kimi davam edəcəkdir.Kampaniyada iştirak etmək istəyən şəxslər şirkətin rəsmi saytında (www.pasha-insurance.az ) yerləşən "10 yaşı olana pulsuz tibbi müayinə" müraciət formasına daxil olaraq uşaqlar haqqında məlumatları ora daxil etməlidirlər.Kampaniya iştirakçılarının müraciətləri əsasında şirkət əməkdaşları tərəfindən onlarla əlaqə saxlanılacaq, layihə barədə ətraflı məlumat təqdim olunaraq klinikaya yönləndiriləcəklər.Müraciətçilər klinikaya yaxınlaşıb uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsini klinikada olan əlaqədar şəxslərə təqdim edərək müayinədən keçəcəkdir. Qeyd edək ki, kampaniya tam ödənişsiz şəkildə həyata keçirilir. Qeydlər: Hər müraciətçi kampaniyada yalnız bir dəfə iştirak edə bilər.Hər müraciətçi özü haqqında düzgün məlumatları daxil etməlidir. Əks təqdirdə kampaniyada iştirakı etibarsız hesab olunacaqdır.Müraciətçilər tərəfindən daxil edilən bütün şəxsi məlumatların konfidensiallığının şirkət tərəfindən qorunmasına təminat verilir. Pulsuz tibbi müayinə üçün qeydiyyat linki: http://pasha-insurance.az/az/chsign