“Hər kitab bir xəzinədir” adlı sosial layihəyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Hər kitab bir xəzinədir” adlı  sosial layihəyə start verilib.

23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş layihənin əsas məqsədi oxu vərdişlərini inkişaf etdirmək və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir. Sosial layihədə mütaliə həyəcanı yaşamaq, mütaliəni vərdişə çevirmək istəyən məktəbli, valideyn və pedaqoji işçilər iştirak edə bilərlər.

Hər bir iştirakçı mütaliə etdiyi kitabdan bəyəndiyi hissəni oxuyaraq video görüntü formatında #HərKitabBirXəzinədir həştəqi ilə “Facebook” sosial şəbəkəsində paylaşmalıdır.

Qeyd edək ki, video görüntü 1 dəqiqədən artıq olmamalı və iştirakçılar video görüntünün əvvəlində oxuduğu kitabın adını və müəllifini qeyd etməlidirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi