Ulu öndər Heydər Əliyevin 93-cü ildönümünə həsr edilmiş tədbirlər keçirilib

Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümü münasibətilə təhsil müəssisələrində silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə şagirdlərə ümummilli Lider Heydər Əliyevin həyatı, fəaliyyəti və rəhbərliyi dövründə yeritdiyi uğurlu siyasəti barədə geniş məlumat verilib, müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edilib. Bildirilib ki, şərəfli və mənalı ömür yolunu ölkəmizin tərəqqisinə həsr etmiş ulu öndərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib.Tədbirlərdə “Heydər Əliyev və azərbaycançılıq idealogiyası”, “Heydər Əliyevin xarici siyasəti”, “Heydər Əliyev - multikulturalizmin hüquqi və siyasi banisi”, “Heydər Əliyev və Azərbaycan təhsili”, “Heydər Əliyev tarixi şəxsiyyət kimi” mövzusunda məruzələr dinlənilmişdir.Çıxışlardan sonra şagirdlər ulu öndərə həsr olunmuş şeirlər söyləmiş və Heydər Əliyevin həyatı ilə bağlı videoçarx izlənilmişdir.Məktəblilər dahi liderin doğum günü ilə bağlı genişmiqyaslı iməciliklərdə də iştirak ediblər. Məktəbin həyətində və həyətyanı ərazilərdə abadlıq, yaşıllıq işləri aparılmış, boş olan yerlərdə ağaclar əkilmiş, qurumuş ağac və gül kolları yeniləri ilə əvəz edilmiş, səkilər və ağaclar əhənglə ağardılmışdır.Təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgilər təşkil edilmiş, divar qəzetləri hazırlanmış, müəllim və şagird kollektivinin Fəxri Xiyabana ziyarətləri təşkil edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi