Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümü ilə əlaqədar təhsil müəssisələrində genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri işləri və əməlləri ilə yadda qalmış və unudulmamışdır.Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolu vardır. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır.Azərbaycan xalqının qəlbində özünə əbədi yer tapan milli liderimiz, böyük Azərbaycanlı Heydər Əliyevin anadan olmasından 93 il ötür. Bu məqsədlə ölkəmizin hər yerində, o cümlədən dünya azərbaycanlılarının yaşadığı hər bir ölkədə silsilə tədbirlər keçirilir.Dünya şöhrətli liderimiz Heydər Əliyevin anadan olduğu gün – 10 may tarixi münasibətilə ilə ölkəmizin hər yerində geniş abadlıq və yaşıllaşdırma işləri görülür. Görülən bütün işlərdə təhsil müəssisələrinin əhəmiyyətli payı vardır. Azərbaycan təhsilinin inkişafına misilsiz töhfələr verən milli lider Heydər Əliyevin 93-cü ildönümü və Gül bayramı münasibəti ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi