Eksternat imtahanları keçiriləcəkdir
Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcəkdir.Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaqdır.Eksternat qaydasında imtahan vermək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 533 nəfər müraciət etmişdir.İmtahanlar 3 gün ərzində əsas fənlər üzrə keçiriləcəkdir. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulmuş, hər imtahan günü üçün 2 saat vaxt təyin edilmişdir. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər.Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin və buraxılış vərəqəsinin gətirilməsi vacibdir.