Müəllimlərin yerdəyişməsi müsabiqəsi ilə bağlı sənəd qəbulu məntəqəsi fəaliyyətə başlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil məktəblərində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqə keçirir.May ayının 3-dən etibarən müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçir.Elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş müəllimlər ən geci 3 (üç) iş günü ərzində aşağıdakı sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər (sənədlərin təqdim edilməsi üçün son tarix 12.05.2016-cı ildir).Nəzərinizə çatdıraq ki, hazırda müsabiqədə iştirak etmək üçün müraciət edən və ərizələrin elektron qaydada qeydiyyata alınmasında çətinlik çəkən şəxslərə köməklik göstərilməsi və qeydiyyatdan keçmiş şəxslər tərəfindən təqdim edilən sənədlərin qəbul edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inzibati binasında qəbul məntəqəsi (I-V günlər saat: 09:00 – 18:00, şənbə günü saat: 10:00 – 15:00) fəaliyyət göstərir. Qeyd edək ki, sənəd qəbulu məntəqəsi may ayının 12-dək fəaliyyət göstərəcəkdir.