Əsas hədəf daha keyfiyyətli təhsilə nail olmaqdan ibarətdir
Ötən il təhsil sahəsində, eləcə də paytaxtın təhsil həyatında uğurlarla əlamətdar olub.
Belə ki, 2019-cu ildə ümumi təhsil sahəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb.
AZTV-nin “Hədəf” verilişinin qonağı olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev ötən ilin uğurları və perspektiv vəzifələr barədə geniş məlumat verib.
İdarə müdiri, həmçinin təhsil sahəsində tətbiq olunan yeniliklər, əldə olunan nəticələr barədə söhbət açıb, tədrisin keyfiyyətinin, şagirdlərin təhsilə marağının və bilik səviyyəsinin yüksəldilməsi istiqamətində görülən məqsədyönlü işlər haqqında məlumat verib.