“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş ümumşəhər mahnı və rəqs festivalının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələri həyata keçirmək, yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik olan uşaqları (gəncləri) üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda özünəinam, vətənə məhəbbət, dostluq, birlik, sülhsevərlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və müsbət əhval-ruhiyyə yaratmaq məqsədilə ƏMR EDİRƏM: 1. “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş ümumşəhər mahnı və rəqs festivalına hazırlıq işləri 2016-cı ilin aprel-may aylarında aparılsın və yekun tədbiri 1 iyun tarixində keçirilsin.2.Festivalın təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).3.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) Festivalın yüksək səviyyədə keçirilməsini təmin etsin.4. Müdir müavini N.Səfərova Festivalın keçirilməsi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.5.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.6.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.7.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət Planı. Məhəbbət VəliyevaBakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri21 aprel 2016-cı il№162