Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında qanun

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqındaAZƏRBAYCAN RESPUBLİKASININ QANUNUBu Qanun sağlamlıq imkanları məhdud şəxslərin təhsili (bundan sonra - xüsusi təhsil) sahəsində yaranan münasibətləri tənzimləyir, xüsusi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.I fəsilÜMUMİ MÜDDƏALARMaddə 1. Əsas anlayışlar1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:1.0.1. sağlamlıq imkanları məhdud şəxs - xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs;1.0.2. xüsusi təhsil - xüsusi şərait yaratmaqla səğlamlıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ixtisas təhsili;1.0.3. xüsusi şərait - sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətləri alması üçün yaradılmış şərait;1.0.4. fiziki çatışmazlıq - insanın fiziki inkişafında və (və ya) bədən üzvünün (üzvlərinin) fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və ya yoluxucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi çatışmazlıq:1.0.5. psixi ləngimə - psixi inkişafın ləngiməsi, o cümlədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və autizm;1.0.6. mürəkkəb çatışmazlıq - fiziki çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin məcmusu;1.0.7. əqli çatışmazlıq - mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaşda olan çatışmazlıq:1.0.8. ağır çatışmazhq - dövlət təhsid (xüsusi təhsid) standartlarına uyğun təlimi qeyri-mümkün edən fiziki, əqli və (və ya) psixi ləngimənin qanunvericiliklə müəyyən olunmuş yüksək dərəcəsi;1.0.9. xüsusi təhsil müəssisəsi - sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış təhsil müəssisəsi;1.0.10. xüsusi təhsil bölməsi - sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün ümumi təyinatlı təhsil müəssisəsində yaradılmış struktur bölmə;1.0.11. ümumi təyinatlı təhsil müəssisəsi - sağlam şəxslərin təhsili üçün yaradılmış təhsil müəssisəsi;1.0.12. təlimin inteqrasiyası - sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi şərait yaratmaqla, onların sağlam şəxslərlə birgə təlimi;1.0.13. inteqrasiya təlimli təhsil müssisəsi - sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil almasçı üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı təhsil müssisəsi;1.0.14. evdə təhsil - sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsi;1.0.15. tam dövlət təminatı - sağlamlıq imkanları məhdud şəxslərin dövlət tərəfindən təlim vasitələri ilə, yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə təmin edilməsi.Maddə 2. Xüsusi təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyiXüsusi təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.Maddə 3. Xüsusi təhsilin məqsədiXüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərı zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət verdiyinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təimn etməkdən ibarətdir.Maddə 4. Xüsusi təhsil sahəsində dövlətin vəzifələri4.0. Xüsusi təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:4.0.1. sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları nəzərə alınmaqla dövlət hesabına təhsil almalarına təminat verilməsi;4.0.2. xüsusi təhsil sahəsində məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;4.0.3. xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması:4.0.4. sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanlarına uyğun peşələr üzrə hazırlıq almalarına şərait yaradılması:4.0.5. sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili almalarına təminat verilməsi;4.0.5. sağlamlıq imkanları məhdud şəxslərə qanunvericilikdə müəyyən edilmiş müavinətlər verilməsi;4.0.7. xüsusi təhsil sahəsində kadrların hazırlanması, əlavə təhsilinə təminat verilməsi;[1]4.0.8. xüsusi təhsili həyata keçirən müəssisələrə vergi və rüsum ödənilməsində qanunvericiliklə müəyyən olunmuş güzəştlərin tətbiq edilməsi;4.0.9. xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi;4.0.10. xüsusi təhsili həyata keçirən müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi.II fəsilSAĞLAMLIQ İMKANLARI MƏHDUD ŞƏXSLƏRİN, ONLARIN VALİDEYNLƏRİNİN VƏ YA DİGƏR QANUNİ NÜMAYƏNDƏLƏRİNİN XÜSUSİ TƏHSİL SAHƏSİNDƏ HÜQUQ VƏ VƏZİFƏLƏRİMaddə 5. Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hüquqları5.0. Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hüquqları aşağıdakılardır:5.0.1. psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial ekspert komissiyasında pulsuz müayinə olunmaq;5.0.2. psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə uyğun olaraq fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanların pulsuz psixoloji-tibbi-pedaqoji korreksiyası;5.0.3. psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən xüsusi təhsilin müvafiq tədris proqramları üzrə məktəbəqədər və ümumi təhsil almaq;5.0.4. bacarıq, imkan və maraqları nəzərə alınmaqla kütləvi peşələr üzrə hazırlıq keçmək;5.0.5. müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada pulsuz xüsusi təhsil almaq;5.0.6. təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olunmaq.Maddə 6. Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hüquq və vəzifələri6.1. Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hüquqları aşağıdakılardır:6.1.1. psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə, müayinə nəticələrinin müzakirəsində və xüsusi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində iştirak etmək;6.1.2. psixoloji-tibbi-pedaqoji komissiyanın qərarından qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət etmək;6.1.3. fərdi tədris proqramları ilə tanış olmaq və onların həyata keçirilməsində iştirak etmək;6.1.4. xüsusi təhsil məsələləri ilə bağlı məsləhətlər almaq.6.2. Sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri onların ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaları üçün qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarına və təhsil müəssisələrinə müraciət etməyə borcludurlar.Maddə 7. Tam dövlət təminatında olan sağlamlıq imkanları məhdud şəxslər7.0. Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təhsil aldıqları məktəbəqədər, üsusi təhsil müəssisələrində, o cümlədən xüsusi məktəblər və xüsusi internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə, ümumtəhsil internat məktəblərinin xüsusi təhsil bölmələrində tam dövlət təminatındadırlar:[2]7.0.1 . karlar və zəif eşidənlər;7.0.2. korlar və zəif görənlər;7.0.3. ağır nitq qüsurları olanlar;7.0.4. dayaq-hərəkət aparatının funksiyaları pozulanlar;7.0.5. əqli cəhətdən geri qalanlar (debillər, imbisillər);7.0.6. emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar;7.0.7. psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər;7.0.8. mürəkkəb çatışmazlıqları olanlar.III fəsilXÜSUSİ TƏHSİLİN TƏŞKİLİMaddə 8. Xüsusi təhsil alma formalarıXüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində, xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş formalarda həyata keçirilir.Maddə 9. Evdə təhsilin təşkili9.1. Sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil edilir.9.2. Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Maddə 10. Stasionar müalicə müəssisələrində təhsilin təşkili10.1. Sağlamlıq imkanları məhdud şəxslər tibb müəssisələrində uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarsa, müvafiq icra hakimiyyəti orqanı psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir.10.2. Stasionar şəraitdə təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Maddə 11. Ümumi təyinatlı təhsil müəssisələrində xüsusi təhsilin təşkili11.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ vardır.11.2. Təhsil müəssisəsinin rəhbərliyi sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil etməlidir.Maddə 12. İnteqrasiyalı təhsilin təşkili12.1. Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xususi şərait varsa, həmin müəssisədə sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil təşkil edilir.12.2. İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, əqli və (və yə) psixi ləngimələrə görə təlim və ya peşə təhsili, yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onların qəbuluna etiraz edə bilməz.12.3. İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Maddə 13. Xüsusi təhsil müəssisələri13.1. Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər üçün yaradıla bilər:13.1.1. nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonematik ləngliyi, kəkələmə və ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar;13.1.2. eşitmə pozulmaları olanlar (karlar zəifeşidənlər və sonradan karlaşanlar);13.1.3. görmə pozulmaları olanlar (korlar, zəifgörənlər, çəpgözlər və s.);13.1.4. əqli (psixi) pozuntuları (əqli cəhətdən geri qalanlar, psixi inkişaf ləngliyi, ağır əqli geriliyi) olanlar;13.1.5. dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi olanlar;13.1.6. ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar;13.1.7. emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;13.1.8. xroniki somatik xəstəlikləri olanlar.13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün ümumi təyinatlı təhsil müəssisələrində xüsusi təhsil bölmələri yaradıla bilər.13.3. Tədris proqramlarının uğurla mənimsənilməsinə maneçilik olmadıqda və birgə təlim üçün tibbi əks göstərişlər olmadıqda müxtəlif fiziki çatışmazlıqları və (və ya) psixi ləngiməsi olanlar üçün təhsil eyni xüsusi təhsil müəssisəsində həyata keçirilə bilər.13.4. Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.Maddə 14. Loqopedik xidmət14.1. Məktəbəqədər və ümumtəhsil müəssisələrində təhsil alan nitqi qüsurlu uşaqlara kömək məqsədi ilə loqopedik xidmət təşkil edilir.14.2. Loqopedik xidmət buna ehtiyacı olan uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən saya uyğun olaraq:14.2.1. ümumi təyinatlı təhsil müəssisələrində loqoped-müəllim vəzifəsi müəyyən etməklə;14.2.2. müvafiq icra hakimiyyəti orqanının strukturunda loqopedik kabinetlər təşkil etməklə;14.2.3. loqopedik mərkəzlər yaratmaqla təşkil edilir.14.3. Loqopedik xidmət haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.Maddə 15. Reabilitasiya mərkəzləri15.1. Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır.15.2. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi sağlamlıq imkanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək verdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir.15.3. Reabilitasiya mərkəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən, hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən çox olmayaraq təşkil edilir.15.4. Reabilitasiya mərkəzləri haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.Maddə 16. Sağlamlıq imkanları məhdud şəxslərin ümumtəhsil müəssisələrinə qəbuluSağlamlıq imkanları məhdud şəxslərin ümumtəhsil müəssisələrinə qəbulu qanunvericiliklə müəyyən edilmiş qaydada psixoloji-tibbi-pedaqoji komissiyanın və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən həyata keçirilir.Maddə 17. Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil müəssisəsindən başqa tipli təhsil müəssisəsinə köçürülməsi17.1. Sağlamlıq imkanları məhdud şəxslərin bir tipli xüsusi təhsil müəssisəsindən başqa tipli xüsusi təhsil müəssisəsinə, inteqrasiya təlimli təhsil müəssisəsinə və ya sağlamlığı imkan verərsə, ümumi təyinatlı təhsil müəssisəsinə köçürülməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə və yetkinlik yaşına çatmayanların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığına əsasən həyata keçirilir.17.2. Xüsusi təhsil müəssisəsi yenidən təşkil və ya ləğv edildikdə, müvafiq icra hakimiyyəti orqanı təhsil alanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə uşaqların müvafiq xüsusi təhsil müəssisəsinə köçürülməsini təmin edir.Maddə 18. Qapalı tipli xüsusi təhsil müəssisələrində və azadlıqdan məhrumetmə yerlərində xüsusi təhsil18.1. Tərbiyəvi xarakterli tədbirlərə ehtiyacı olan, 11 yaşından 14 yaşına qədər sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qapalı tipli xüsusi təhsil bölmələri yaradılır, Həmin şəxslər bu təhsil müəssisələrinə psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi nəzərə alınmaqla qanunvericiliklə müəyyən olunmuş qaydada göndərilirlər.18.2. Azadlıqdan məhrumetmə yerlərində psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərtlərə əməl etməklə ictimai-təhlükəli əməllər törətmiş sağlamlıq imkanları möhdud şəxslərin xüsusi təhsili qanunvericiliklə müəyyən olunmuş qaydada təşkil edilir.Maddə 19. Sağlamlıq imkanları məhdud şəxslərin ilk peşə-ixtisas təhsili[3]19.1. Sağlamlıq imkanları məhdud şəxslərə müəyyən peşələrin öyrədilməsi onların ümumi təhsili ilə bərabər, psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən müəyyən edilən və sağlamlıq vəziyyəti imkan verən peşə yönümünə uyğun olaraq təhsil aldıqları müəssisələr tərəfindən həyata keçirilir.19.2. Sağlamlıq imkanları məhdud şəxslərlə ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada həyata keçirilir.19.3. İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şəxslərin dərsliklərlə, müvafiq təlim vəsaitləri ilə, texniki vasitələrlə, uyğunlaşdırılmış avadanlıqla təchizatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən fərdi qaydada həyata keçirilir.Maddə 20. Xüsusi təhsilin dövlət standartları20.1. Fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar üçün xüsusi təhsilin dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.20.2. Xüsusi təhsilin dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir.Maddə 21. Psixoloji-tibbi-pedaqoji komissiya və tibbi-sosial ekspert komissiyası21.1. Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyalar yaradılır.21.2. Psixoloji-tibbi-pedaqoji komissiyalara elmi-metodik xidmət göstərilməsi, habelə psixoloji-tibbi-pedaqoji komissiyalarla sağlamlıq imkanları məhdud uşaqların valideynləri və ya digər qanuni nümayəndələri arasında mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir.21.3. Psixoloji-tibbi-pedaqoji komissiyaların vəzifələri aşağıdakılardır:21.3.1. uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək;21.3.2. sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edilməsi barədə qərar qəbul etmək;21.3.3. sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xüsusi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;21.3.4. fərdi təlim planına dair tövsiyyələr vermək;21.3.5. təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək;21.3.6. sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə məsləhətlər vermək;21.3.7. sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilinin təşkili, onların və valideynlərinin və ya digər qanuni nümayəndələrinin hüquqları ilə bağlı məsələlərlə dair pedaqoji, tibbi və sosial işçilərə tövsiyyə və məsəhətlər vermək;21.3.8. sağlamlıq imkanları məhdud şəxslər barədə məlumat bankını təşkil etmək və məlumatları müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək.21.4. Xüsusi təhsil alma formalarını və xüsusi təhsil müəssisələrinin tipini müəyyənləşdirmək, imtahanlardan azad edilmək üçün psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasdır. Psixoloji-tibbi-pedaqoji komissiyanın üzvləri qərar qəbul etmək üçün rəyin məxfiliyini saxlamağa və aşkarlamamağa borcludurlar. Bu rəydəki məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada aşkarlana bilər.21.5. Sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə razılaşmadıqda məhkəməyə müraciət edə bilərlər.21.6. Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə:21.6.1. sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin ərizəsi ilə;21.6.2. valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə səhiyyə, sosial müdafiə müəssisələrinin və müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə;21.6.3. valideynlərin və ya digər qanuni nümayəndələrin yaşayış yeri məlum olmayan sağlamlıq imkanları məhdud uşaqlar barəsində nizamnamələrinə əsasən uşaqların hüquqlarını müdafiə edən ictimai birliklərin təşəbbüsü ilə;21.6.4. valideynlər və ya digər qanuni nümayəndələr razılıq vermədikdə məhkəmənin qərarı ilə aparılır.21.7. Yetkinlik yaşına çatanlarla əlaqədar bu maddədə nəzərdə tutulmuş vəzifələri tibbi-sosial ekspert komissiyası həyata keçirir.21.8. Psixoloji-tibbi-pedaqoji komissiya və tibbi-sosial ekspert komissiyası barədə Əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.Maddə 22. Xüsusi təhsil almaq hüququnu təsdiq edən sənədlər22.1. Xüsusi təhsil almaq hüququ psixoloji-tibbi-pedaqoji komissiya, yetkinlik yaşına çatana isə tibbi-sosial tərəfindən verilən sənədlə təsdiq olunur.22.2. Psixoloji-tibbi-pedaqoji komissiya və tibbi-sosial ekspert komissiyası verdikləri sənəddə məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.IV fəsilXÜSUSİ TƏHSİL SİSTEMİNİN İDARƏ OLUNMASIMaddə 23. Xüsusi təhsilin idarə edilməsi23.1. Xüsusi təhsili həyata keçirən dövlət müəssisələri müvafiq icra hakimiyyəti oqanı tərəfindən idarə olunur.23.2. Müvafiq icra hakimiyyəti orqanı xüsusi təhsil üzrə proqramlar, o cümlədən əlaqəli proqramlar hazırlayır və həyata keçirir, sağlamlıq imkanları məhdud şəxslərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının korreksiyasına, sosial adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlilliyin , uşaqların sağlamlıq imkanları məhdudluğunun profilaktikasına yönəldilmiş birgə tədbirlər görür. [4]Maddə 24. Xüsusi təhsil müəssisəsinin akkreditasiyası, təhsil alanların attestasiyası və xüsusi təhsilin keyfiyyətinə nəzarətMülkiyyət formasından asılı olmayaraq xüsusi təhsil müəssisəsinin akkreditasiyası, xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsil alanların yekun attestasiyası və xüsusi təhsilin keyfiyyətinə nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.Maddə 25. Xüsusi təhsilin maliyyələşdirilməsi25.1. Xüsusi təhsili həyata keçirən dövlət və bələdiyyə müəssisələri müvafiq olaraq dövlət və yerli büdcələrin vəsaitləri hesabına maliyyələşdirilir.25.2. Xüsusi təhsil həyata keçirən özəl müəssisələr təsisçinin (təsisçilərin) vəsaiti hesabına maliyyələşdirilir.25.3. Xüsusi təhsil həyata keçirən müəssisələr təhsil alanların peşə təlimi prosesində istehsal etdikləri məhsulların satışından əldə olunan gəlirlər, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.25.4. Xüsusi təhsili həyata keçirən dövlət müəssisələrində təhsil alan uşaqların təhsil müəssisələrinə gedib-gəlməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitələri ayrılır.Maddə 26. Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və inteqrasiya təlimli təhsil müəssisəsinin maddi-texniki bazası və elmi-metodik təminatı26.1. Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və inteqrasiya təlimli təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təhsil müəssisəsinin tipindən asılı olaraq binəlar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibb, korreksiya və reabilitasiya kabinetləri, idman qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Xüsusi təhsili həyata keçirən müəssisənin maddi-texniki bazası müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən formalaşdınlır.26.2. Xüsusi təhsil üçün dərslik, dərs vəsaitləri və elmi-metodik vasitələrin hazırlanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.26.3. Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müvafiq icra hakimiyyəti orqanın müəyyənləşdirdiyi həcmdə vəsait ayrılır.26.4. Xüsusi təhsil almaq hüququ olan sağlamlıq imkanları məhdud şəxslər dərslik, dərs vəsaitləri, fərdi texniki vasitələrlə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyələr və təsisçi təsisçilər) tərəfindən təmin olunurlar.Maddə 27. Xüsusi təhsilin kadr təminatı27.1. Xüsusi təhsil sahəsində pedaqoji və tibbi fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılır.27.2. Xüsusi təhsil üçün kadrların hazırlanması orta ixtisas, ali və əlavə təhsil müəssisələrində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.[5]Maddə 28. Xüsusi təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsi28.1. Xüsusi təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.28.2. Xüsusi təhsil müəssisəsində və ya bölməsində, eləcə də psixoloji-tibbi-pedaqoji komissiyalarda çalışan şəxslərin əmək haqlarına 50 faiz əlavə edilir.Maddə 29. Bu Qanunun pozulmasına görə məsuliyyətBu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEVBakı şəhəri, 5 iyun 2001-ci il № 136-IIQ QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 1. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)2. 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI ________________________________________[1] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 4.0.7-ci maddədə “yenidən hazırlanması və ixtisaslarının artırılmasına” sözləri “əlavə təhsilinə” sözləri ilə əvəz edilmişdir. [2] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 7.0-cı maddədə “xüsusi təhsil müəssisələrində, internat tipli xüsusi təhsil müəssisələrində, o cümlədən ümumi tipli internat məktəblərinin” sözləri “xüsusi təhsil müəssisələrində, o cümlədən xüsusi məktəblər və xüsusi internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə, ümumtəhsil internat məktəblərinin” sözləri ilə əvəz edilmişdir. [3] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 19-cu maddənin adında, 19.2-ci və 19.3-cü maddədə “peşə-ixtisas təhsili” sözləri “ilk peşə-ixtisas təhsili” sözləri ilə əvəz edilmişdir. [4] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 23.2-ci maddəsində “əlilliyin”sözündən sonra “, uşaqların sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilmişdir. [5] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 27.2-ci maddədə “orta və ali peşə-ixtisas təhsili müəssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidən hazırlanma müəssisələrində” sözləri “orta ixtisas, ali və əlavə təhsil müəssisələrində” sözləri ilə əvəz edilmişdir.
 Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında qanun (201.7 KB)
HAQQIMIZDA

248 nömrəli tam orta məktəb 1969-cu ildən istifadəyə verilib. Məktəb Nizami Nərimanovun adını daşıyır. Fəaliyyət göstərdiyi müddət ərzində məktəbimiz gənc nəslin gələcəyə uğurlu addımlar atmasında böyük rol oynamışdır. ...

BİZİM FƏXRLƏRİMİZ

Nərgiz Hacıyeva İlqar

Siyavuş Əhmədzadə Əyasət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi