Valideyn iclası

 

   Məktəb-liseydə I-XI siniflər üzrə valideyn iclasları təşkil edildi. Valideyn iclaslarında məktəb rəhbərliyi,sinif rəhbərləri və fənn müəllimləri iştirak etdilər.

  Valideynlərə I yarımilin qiymətləndirmə nəticələri, şagirdlərin dərsə davamiyyəti, yaş qruplarının   psixoloji xüsusiyyətləri haqqında məlumat verildi,  şagird-davranış qaydaları müzakirə olundu.

   VIII - IX sinif şagirdlərinin valideynləri ilə "Reproduktiv sağlamlıq" mövzusunda  maarifləndirici söhbət də  aparıldı. Görüş zamanı uşaqların təhlükəsiz şəraitdə sağlam böyüməsinə şərait yaratmaq, uşağa özünü və başqalarını tanımağa kömək etmək kimi  mühüm məsələlərə toxunuldu. Məktəb - liseydə təhlükəsizlik tədbirləri ilə bağlı valideynlər maarifləndirildi, bununla bağlı onların məsuliyyətinin artırılması istiqamətində tövsiyələr verildi.

Söylənildi ki, reproduktiv sağlamlıq insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyətidir. Milli-mənəvi, əxlaqi dəyərlər, sağlam həyat tərzi, yeniyetmələrin tərbiyəsi,təhsillə bağlı problemi çoxfunksiyallıdır və problemlər kompleks şəkildə həll olunmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi