“Düşünən şagird” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

23.02.2024 tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Düşünən şagird” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mükafatlandırılma mərasimində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Mehriban Vəliyeva, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov, “Bilim Bakı” mərkəzinin müdiri Ahmet Kose, “İnci” şirkətlər qrupunun nümayəndəsi Vüsal Əliyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, o cümlədən məktəb-liseyimizin direktoru Elmar Həşimov, müəllimlər və şagirdlər iştirak ediblər.

Məktəb-liseyimizin 8e sinif şagirdi Zeynəb Təhməzova müsabiqədə uğur qazanaraq III yeri tutub. Qalibiyyətinə görə Zeynəb Təhməzova BŞTİ tərəfindən diplom və hədiyyələr ilə mükafatlandırılıb.

 

Qeyd edək ki, müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin Vlll-Xl sinif şagirdləri iştirak edib. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və  dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi