Şagirdlərlə "Şagird davranış qaydaları" mövzusunda maarifləndirici profilaktik söhbət aparıldı

21.02.2024 - cü il tarixində məktəb-liseyin direktoru Elmar Həşimov, təlim-tərbiyə işləri üzrə direktor müavini Bulqeyis Sadiqova, təlim-tərbiyə işləri üzrə direktor müavini Fatimə Abasova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fatma Əliyeva və məktəb psixoloqu Sədaqət İsmayılovanın  iştirakı ilə şagirdlərlə "Şagird davranış qaydaları" mövzusunda maarifləndirici profilaktik söhbət aparıldı.

Nəzərdə tutulmuş qaydalara görə, şagirdlər hər bir fənn üzrə dərslərin 96 faizdən çoxunda iştirak etməlidirlər. Buraxılmış dərs saatları üçün valideyn tərəfindən məktəbə yazılı izahat və tibbi arayış təqdim olunmalıdır. Şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal ilə dərsə gələ bilməzlər. Həmçinin şagirdlər məktəbə ağıllı saat, digər elektron cihazlar, mobil telefon gətirə, dərs zamanı istifadə edə bilməzlər.

Qaydalarda birmənalı qarşılanmayan məqamlar da yer alıb. Belə ki, şagirdlər tədris binasının koridorlarında qaçmamalı, dəhliz və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməlidirlər. Məktəb daxilində yüksək səslə danışmamalıdırlar.

Söhbətin aparılmasında məqsəd məktəbdə şagirdlərin davranış qaydaları, nizam-intizamının vacibliyini onların diqqətinə çatdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi