Növbəti Pedaqoji Şura iclası keçirildi

16 fevral 2024 – cü il tarixində cari tədris ilinin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. 
İclasda II yarımildə qarşıda duran məsələlər, fənn aylıqlarının təhlili,  sinif jurnallarının işlənmə vəziyyəti, məktəbdənkənar və sinifdənxaric işlərin yerinə yetirilməsi, Elm və Təhsil Nazirliyi həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən alınmış normativ sənədlər pedaqoji kollektivin üzvlərinə məruzə edildi. Məruzələr ətrafında çıxışlar dinlənildi və müvafiq qərarlar qəbul edildi.
Sonda məktəb-liseyin direktoru Elmar Həşimov ümumi orta təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin səmərəliliyinin artırılması istiqamətində I yarımildə həyata keçirilən tədbirlər və II yarımildə qarşıda duran məsələlərdən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi