2023-2024-cü tədris ili I yarım il yekunlarına dair  246 №-li məktəb-liseydə Pedaqoji Şura iclası keçirildi.

2023-2024-cü tədris ili I yarım il yekunlarına dair  246 №-li məktəb-liseydə Pedaqoji Şura iclası keçirildi.

İclas Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edildi. Açılış nitqində söz alan məktəb-liseyin direktoru Elmar Həşimov iclasın gündəliyini pedaqoji heyətin nəzərinə çatdırdı.  

Məktəb-liseyin  direktoru Elmar Həşimov I yarım il üzrə məktəbin təlim-tərbiyə istiqamətində görülmüş işlərindən məlumat verdi. Məktəb-valideyn münasibətlərinə geniş yer verilən iclasda "Ümumi təhsil muəssisələrində şagird davranış qaydaları", “Müəllimlərin etik davranış qaydaları” səsləndirilərək geniş müzakirə edildi. Müzakirədən sonra "Müəllimlərin etik davranış qaydaları" yazılı şəkildə də pedaqoji heyətə təqdim edildi. Müəllimlər qaydaları oxuduqdan sonra öz imzaları ilə təsdiq etdilər. Direktor müavinləri Sadıqova Bilqeyis, Məhərrəmova Reyhan və Abbasova Fatimə I yarım il yekunlarına dair geniş təqdimatla çıxış etdilər. Uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyə işləri üzrə təşkilatçı Fatma Əliyeva şagird davranış qaydaları, məktəbli forması, şagirdlərin təhlükəsizliyi, davamiyyət kimi əhəmiyyətli mövzulardan məlumat verdi.

Pedaqoji şurada aşağıdakı məsələlər pedoqoji heyyətin nəzərinə çatdırıldı:

  • təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi;
  • ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin (kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmaması), növbətçiliyin gücləndirilməsi;
  • şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi;
  • müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi;
  • ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması;
  • sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması;
  • ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun addımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsi;
  • görülmüş işlər və nailiyyətlərin mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılması və sosial şəbəkələrdə işiqlandırılması;
  • müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili;
  • fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi;
  • etik davraniş qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunmasi.

İclas müəllimlərin sual və təkliflərinin dinlənilməsi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi