İlk dərs “20 Yanvar şəhidləri” mövzusuna həsr olundu

   İnkluziv təhsilin tətbiq olunduğu 3c sinfində ilk dərs “20 Yanvar şəhidləri” mövzusuna həsr olundu.Sinif müəllimi A.Babayeva və korreksion pedaqoq U.Məmmədova tərəfindən keçirilən dərs  Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.

  İnteraktiv keçirilən dərsdə Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən, tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş məlumat verildi, baş verən faciənin müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatı kimi Azərbaycan tarixinə həkk olunduğu vurğulandı.

  Şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirdilər,rəngləmələrlə faciənin mahiyyətini çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi