Qanlı Yanvar faciəsinin 34-cü ildönümü

   Qanlı Yanvar faciəsinin 34-cü ildönümündə ibtidai sinif şagirdlərinin Şəhidlər Xiyabanına ziyarəti təşkil olundu.

   İbtidai sinif müəllimləri Z.Məmmədova və H.Abbasova şagirdlərə 20 Yanvar faciəsi barədə geniş məlumat verdilər, qanlı hadisənin başvermə səbəblərindən və acı nəticələrindən danışdılar. Onlar vurğuladılar ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.

    Xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini  hörmət və ehtiramla yad edən şagirdlər məzarların önündə   şeirlər söylədilər, tər qərənfillər düzdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi