Kiçik Akademiyanın 2022-2023-cü tədris ili üçün yekun konfransı keçirildi

28.12.2023-cü il tarixində 246 №-li məktəb-liseydə “Kiçik Akademiya”nın 2022-2023 tədris ilinin yekununa həsr olunmuş konfransı keçirildi.Konfransda məktəb-liseyin direktoru E.Həşimov, KA-nın rəhbəri Ş.Qaffarova, KA-nın tərkibindəki bölmələrin rəhbərləri və KA-nın üzvləri iştirak etdi.

   KA-nın rəhbəri Ş.Qaffarova görülən işlər haqqında məlumat verərək bildirdi ki, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensiallarını nəzərə almaqla istiqamətləndirməsi yolunda  növbəti yarımildə də bütün məktəb səviyyəsində fəaliyyətlərimizi daha da artıracağıq.  Daha sonar ötən ildə görülmüş işlərə aid videoçarx təqdim olundu.

Konfransın sonunda çıxış edən məktəb-liseyin direktoru E.Həşimov şagirdlərin fəaliyyətini yüksək qiymətləndirərək onlara elmi-layihələrini davam etdirmələri  yolunda uğurlar arzulayaraq bəzi tövsiyələr verdi. KA-nın fəaliyyətində aktiv iştirak edən müəllim və şagirdlər Fəxri Fərmanlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi