Şagirdlərimizin qalibiyyəti

 Dekabrın 28-də Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XI respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.

     Sevindirici haldır ki, 3f sinif şagirdi  Lamiyə Mahmudova müsabiqəyə təqdim etdiyi rəsmində FHN yanğından mühafizə bölmələrinin alovla mübarizəsini  duyğu və düşüncələri ilə ifadə edərək əsərin “Biz öz xidmətimizi odla mübarizədə göstərdik” ideyasını mükəmməl təsvir etdiyi üçün I yerin qalibi oldu.

   2f sinif şagirdimiz  Nihad Mahmudov da ”Rəsm” nominasiyası üzrə

II yeri tutaraq  Fəxri Fərmanla təltif olundu.

   Şagirdlərimizi təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi