TARiX YAZAN ŞƏXSiYYƏT

    Məktəb-liseyin kitabxanasında  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirildi.

   Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini  B.Sadıqova, Yasamal rayon Musabəyov adına 3 №-li kitabxananın filial  müdiri A.Xudayarova, məktəb  kitabxanaçıları A.Aliyeva, N.Əbdüləzimova, ibtidai sinif müəllimi P.Nədiyeva iştirak etdi.

      Tədbirdə bildirildi ki, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasəti nəticəsində 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsində bütün azərbaycanlılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdilər. Ali Baş Komandanın ad gününü düşməndən azad edilmiş torpaqlarda əsgərlərimizlə birgə keçirməsi böyük Qələbənin böyük Sərkərdəyə bəxş etdiyi ən böyük sevincdir.

 Yasamal rayon Musabəyov adına 3 №-li kitabxananın filial  müdiri A.Xudayarova Cənab Ali Baş komandanın doğum gününə həsr olunan “Qanun yolu” jurnalının xüsusi buraxılışını kitabxana fonduna hədiyyə etdi.

    Sonra 4a sinif şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirdilər, şeirlər söylədilər, mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi