246 №-li məktəb-liseydə növbəti Pedaqoji Şuranın iclası keçirildi

13.12.2023-cü il tarixində 246 №-li məktəb-liseyin akt zalında növbəti Pedaqoji Şuranın iclası keçirildi. İclasda məktəb rəhbərliyi, pedaqoji heyət iştirak etdi.

İclası giriş sözü ilə açan məktəb-liseyin direktoru Elmar Həşimov RFO-nun nəticələri haqqında məlumat verdi.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Bilqeyis Sadıqova məktəbdaxili qiymətləndirmə nəticələrini və məktəb-liseydə təhsil keyfiyyətinin daha da artırılması məqsədi ilə həyata keçiriləsi optimal üsul və vasitələri pedaqoji kollektivin diqqətinə çatdırdı.

Daha sonra təşkilatçı Fatma Əliyeva məktəb-liseydə keçirilən tədbirlər, şagirdlərin məktəb formalarının vəziyyəti və davamiyyəti barədə məlumatı iclas iştirakçılarının nəzərinə çatdırdı.

Təlim-tərbiyə işləri üzrə direktor  müavini Fatimə Abbasova evdə təhsilin vəziyyəti, sağlamlığı məhdud şagirdlərdə təlimin keyfiyyəti haqqında məlumat verdi.

Sonda müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi