“Fizika gecəsi"

07.05.2015 ci il tarixində 246 N-li məktəb liseyin fizika müəllimi Səidə Quliyevanın təşkilatçılığı ilə 8 c sinfində “Fizika gecəsi” keçirildi.Gecənin keçirilməsində məqsəd İKT nin inkişaf yollarını nəzərdən keçirmək , müstəqil Azərbaycanımızın əzimlə inkişaf etdiyini, hətta İKT –nin inkişafında öz yeri olduğunu bir daha şagirdlərin nəzərinə çatdırmaq , onlarda vətənpərvərlik hisslərini aşılamaqdan ibarət idi .Gecədə 1926 cı ildə təməli qoyulmuş Azərbaycan radiosunun inkişaf tarixinə nəzər salındı , ilk diktorlar İsmayıl Əlibəyov, Raya İmamzadə xatırlandı.Azərbaycan radiosunun inkişafında öz sözlərini demiş Fatma Cabbarova , Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı , Aydın Qaradağlı və başqaları haqqında şagirdlərə məlumat verildi.Radionun “Qızıl fondu”nda saxlanılan dahi sənətkarların çıxışları ,Şövkət Ələkbərovanın “Gəl səhərim” mahnısı dinlənildi.Bundan əlavə “Təbiəti qoruyaq” devizi altında “Təbiətin çirklənməsində Atom elektrik stansiyalarının rolu və onun fəsadlarının aradan qaldırılması yolları haqqında” 8 c sinif şagirdləri İbrahimov Vüsal Azərbaycan dilində , Əlizadə İnci isə ingilis dilində məlumat verdi.“Külək stansiyasının əhəmiyyəti” haqqında 8 c sinif şagirdi Mirzəyev İbrahim məlumat verdi.Həmçinin Abışov Kənan telefonun yaranma tarixi və bu günü haqqında çıxış etdi .Gecədə “Sehrli xalat” filmindən İo- Kio Baba ilə Rəşidin dialoqu müasir versiyada İbrahimov Vüsal və Qəmbərov Əli tərəfindən səhnələşdirilmişdir.Sonda məktəb liseyin direktoru A.Bayramova tədbir haqqında öz fikirlərini söylədi və tədbirin iştirakçılarına öz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi