Təhlükəsiz informasiya axtarışı

   Tərbiyə işləri üzrə direktor müavini F.Əliyeva,məktəb psixoloqu S.İsmayılova,UBR K.Muradova tərəfindən IX sinif şagirdləri ilə "Təhlükəsiz informasiya axtarışı" mövzusunda məşğələ keçirildi.

    Məşğələdə yeniyetmələrin “informasiya mənbələri” təhlil edildi,müzakirələr aparıldı.Narahatlıq doğuran mənbələrdən biri olan internetin insan həyatındakı roluna,mənfi və müsbət tərəflərinə toxunuldu. Söylənildi ki,“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində  uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunmaq  müvafiq qanunla tənzimlənir.

 Sonda internetin faydaları və zərərləri haqqında sosial çarx nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi