Multikulturalizm sözdə və əməldə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin “Multikuturalizm ili” elan etməsi ilə əlaqədar olaraq, 12.03.2016-də Xətai rayonu 245 №li tam orta məktəbdə “Multikuturalizm sözdə və əməldə” adı altında tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanda yaşayan xalqlara olan münasibət, onların öz dinlərinin, adət və ənənlərinin qorunub saxlanması, müxtəlif xalqların mətbəxinin və adətlərinin azərbaycan xalqının adətlərinə, mətbəxinə inteqrasiyasından söhbət açılmışdır. Bununla yanaşı tədbirdə azərbaycan, rus, yapon, ingilis və hind xalqlarının çay mərasimləri nümayiş etdirilmişdir. Həmin xalqlara aid dövlət atributları, milli sərvətlərini əks etdirəm posterlər nümayiş olunmuş, rəqs və mahnılar səslənmişdir. Tədbirin hazırlanmasında müəllimlərdən Həsənova Sevinc, Pextireva İrina, Eyvazova Könül, Məmişova Könül, Ağayeva Məlahət, Məmmədzadə Larisa, Hüseynova İradə və məktəbin valideyn icmasının üzvləri iştirak etmişdilər. Tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Ayumi Mitsuhaşi və Bakı Dövlət Universitetinin müəllimi Sudo Nobuxiro, Azərbaycandakı Rus İcmasının sədri MM deputatı Mixail Zabelin, Xətai rayonunda fəaliyyət göstərən Rusiya informasiya mərkəzinin müdiri Manafova Qalina, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd İbrahimov iştirak etmişdir. Tədbirin sonunda məktəbin direktoru Ü.İsmayılova gələn qonaqları salamlayaraq, tədbir haqqında təəsüratlarını bölüşmək üçün onlara söz vermişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi