Xocalı soyqırımına həsr edilmiş tədbir

Xocalı faciəsindən 27 il ötür. 25.02.2019-ci il tarixində məktəbimizdə əsrin faciəsi olan Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi. Tədbirdə Qarabağ əlilləri və şəhid ailələri İctimai Birliyinin Xətai rayonu təşkilatının sədri Fuad Salahov, Mehman Məmmədov, şəhid atası Ağalar Ağaverdiyev iştirak edirdilər. Əvvəlcə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.   Daha sonra 7d sinif şagirdlərinin ifasında Xocalının son günü iştirakçılar tərəfindən bir daha yaşandı, ərşə çıxan ah-nalə, günahsız insanların fəryadının yerdə qalmayacağı vurğulandı.

6a sinif şagirdlərinin səhnələşdirdikləri "Firuzə qaşlı xəncər" hekayəsindəki Zeynəb obrazı göstərdi ki, Azərbaycan xalqı yenilməzdir, mübarizdir.

Xocalı faciəsinin 9c sinif şagirdi Ağayeva Tubuxanımın qəlbində açdığı yara şeirə döndü, mübarizəyə səslədi. Şagirdlər müxtəlif dillərdə - rus, türk, ingilis, alman dillərində beynəlxalq təşkilatlara müraciət etdilər, haqqımızı tələb etdilər. 

Tədbirin sonunda məktəbin direktoru  Ülviyyə İsmayılova Xocalı faciəsi haqqında danışdı, tarixi unutmamağı şagirdlərə tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi