“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi“ müsabiqəsi

 “Ekoloji yönümlü və enerji effektl iməktəblərin yaşıl şəbəkəsi” layihəsi çərçivəsində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən 2017-ci ilin fevral ayından etibarən başlayan layihədə Bakı şəhərinin 300 ümum təhsil məktəbindən 40 məktəb dekabr ayının sonunda keçirilən final mərhələsinə vəsiqə qazanıb.

Layihə üzrə pilot ümumi təhsil müəssisələrinin şagirdlərinə vətəndaşların qənaətcil davranış prinsiplərinə xidmət edən enerji ehtiyatlarından səmərəli istifadə, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, məktəblərin yaşıl dizaynı, iqlim dəyişmələrinin təsirinin azaldılması bacarıqlarının aşılanması nəzərdə tutulub. “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi“ müsabiqəsinin yekun tədbiri 40 ümumi orta təhsil müəssisəsinin direktorları və şagirdlərinin iştirakı ilə 25 dekabrda “Fair mont Baku” otelində (Alov Qüllələri, Üzeyir Hacıbəyov zalı) keçirilib. 245 saylı məktəb layihənin aktiv iştirakçısı kimi diplomla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi