Layihənin bağlanış tədbiri
20 dekabrda 245 saylı məktəbdə AR Təhsil Nazirliyi tərəfindən keçirilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibi olan "Müasir şagirdə-müasir düşüncəli müəllim" layihəsinin bağlanış tədbiri oldu. Tədbirdə layihədə tərəfdaşlıq etdiyimiz AMİM-in əməkdaşları Xədicə Cəfərova və Gülşən Hüseynli, "Təlim texnologiyaları" ƏTM əməkdaşı Elza Əliyeva, "Psixoqamma" psixoloji mərkəzinin direktoru Limunət Əmrahova, "İnsan hüquqları" üzrə təlimçi İradə Əliyeva və təlimlərin müdavimi olan məktəbin müəllimləri iştirak etdilər. Bakı şəhəri 55, 86, 116, 24, 144 saylı məktəblərin direktorları Sevinc Tahirova, Arzu Azadəliyeva, Gülnaz Kərimova, Pərvanə Abbasova və Həcər Mahmudova tədbirdə iştirak etmişdilər.
Müəllimlərə layihədə iştirak barədə diplomlar, layihə çərçivəsində çap olunan kitabça təqdim edilmişdir.