Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi

Hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır, şöhrətləndirirlər. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. Ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyev. 12.12.2016 tarixində məktəbdə Ümumimilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbir məktəbin ingilis dili müəllimi Cəfərova İradə xanımın təşkilatçılığı ilə və 9a sinif şagirdlərinin iştirakı ilə gerçəkləşdirildi. Tədbirdə şagirdlər Heydər Əliyevlə bağlı fikirlərini ingilis dilində bildirdilər. Heydər Əliyevin siyasi uzaqgörənliyindən fitri istedadından, müdrikliyindən, ölçülüb-biçilmiş qərarlarından, qətiyyətliliyindən, siyasi iradəsindən, dərin zəkasından, ensiklopedik biliyə malik olmasından, geniş dünyagörüşündən, milli maraqlara əsaslanmasından, tarixi şəraitdən düzgün baş çıxarmasından, zaman və məkan amilini qiymətləndirməsindən, dözüm və səbirliliyindən, nəzəriyyəyə istinad etməsindən və praktik həyatdan baş çıxarmasından - bir sözlə, fenomenal şəxsi keyfiyyətlərindən danışıldı, müzakirələr aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi