Məktəblərarası təqdimat müsabiqəsi keçirildi
2 dekabr 2016 –cı tarixində 245 Nli tam orta məktəbdə məktəblərarası “Qan xəstəlikləri” mövzusunda təqdimat müsabiqəsi keçirildi. Tədbir “Gələcək nəsilləri talassemiyadan qoruyaq” başlığı ilə keçirilən biologiya aylığına yekun vurdu. Aylıq çərçivəsində məktəbdə dəyirmi masalar, Talasemiya mərkəzinin həkimi ilə görüş, hemofiliyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə xeyriyyə satış yarmarkası, valideynlər və müəllimlərin iştirakı ilə qanvermə aksiyası keçirilmişdir. Müsabiqədə 245 Nli tam orta məktəbin şagirdləri ilə bərabər Binəqədi rayonunun 144 Nli, Nərimanov rayonu 177 Nli, Xəzər rayonu 117 Nli və Xətai rayonu 86 Nli tam orta məktəblərinin şagirdləri iştirak etmişdilər. Şagirdlər qan xəstəlikləri olan talasemiya, anemiya, hemofiliya barəsində məlumat toplamış, araşdırmış və maraqlı formada təqdim etmişdilər. Iştirakçılara hədiyyələr və diplomlar təqdim olundu.